Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Onlayn geyim sifarişi ilə bağlı geniş yayılmış stereotiplər

Onlayn geyim sifarişi ilə bağlı geniş yayılmış stereotiplər

16.12.2020

Bir çoxumuz onlayn geyim sifarişi etmək istəsək də, şüuraltı formalaşdırdığımız stereotiplər bizə imkan vermir ki, onlayn alışveriş etməyin üstünlüklərindən faydalanaq.

 

Ağlımızda qeyri-ixtiyari formalaşan əqli kateqoriyalar və etiketlər bir çox hallarda bizə kömək edir. Bunlar olmasa, müxtəlif situasiyalarda necə davranacağımızı, səbəb-nəticə əlaqəsini və gündəlik həyatda etdiyimiz hərəkətləri  əsaslandıra bilmərik. Lakin bəzən bu əqli kateqoriyalar özümüz də fərqində olmadan haqqında heç bir məlumata sahib olmadığımız mövzular haqqında müsbət və ya mənfi fikirlər formalaşdırırlar. Bu stereotipləri qırmağa cəhd etməsək, düşündüyümüz müsbət və ya mənfi fikirlər bizə  çətinlik yarada bilər, çünki etdiyimiz və ya etmədiyimiz hərəkətlərin səbəbi tutarlı informasiya və ya fakta əsaslanmayacaq. Bizim misalımızda isə biz onlayn geyim sifarişi etməyin üstünlüklərindən yararlana bilməyəcəyik.

 

Elə buna görə də, siz də belə yanlış fikirlərə sahibsinizsə, bu bloqumuzla tanış olduqdan sonra geniş yayılan bu stereotiplərə ilişib qalmağınızın əsassız olduğunu və onlayn geyim sifarişi etməmək üçün əslində heç bir səbəb olmadığını görəcəksiniz. Bağlamanızın sərfəli və rahat şərtlərlə çatdırılmasını isə Dynamex.az  saytında qeydiyyatdan keçərək bizə etibar edə bilərsiniz.

 

Alıcıların fikirləri müxtəliflik təşkil etsə də, onlayn geyim sifarişi etmədən öncə hamının düşündüyü bəzi stereotiplər eynidir:

1) Onlayn geyim sifarişi zamanı ölçüləri düzgün təyin etmək mümkün deyil.

Bu stereotip bir çox insanın onlayn geyim sifarişinin üstünlüklərindən istifadə etməyinə mane olur. Amma təbii ki, bu, tamamilə yanlışdır. Çünki onlayn geyim sifarişi etdiyiniz mağazalar ölçüləri və geyim haqqında maraqlana biləcəyiniz hər şeyi dəqiqliklə yazmağa çalışırlar. Əgər yenə də əmin ola bilmirsinizsə və hətta ölçünüzü dəqiq bilmirsinizsə, onda rahatlıqla digər alıcıların şərhlərinə nəzər yetirə və ya onlayn geyim və ayaqqabı sifarişində ölçü təyin etməyin incəliklərindən bəhs etdiyimiz bu bloqumuza keçid edə bilərsiniz.

 

onlayn-geyim-sifarisi-stereotipler-olcu-problemi

 

2) Geyimlərin keyfiyyəti haqqında informasiya düzgün yazılmır.

 

Onlayn geyim sifarişi etdiyimiz zaman bizi maraqlandıran xüsusiyyətlərindən ən vacibi onun keyfiyyətli olmasıuzun müddət istifadə edilə bilməsidir. Necə deyərlər, heç birimiz yağışlı gündə aldığımız qış geyiminin və ya ayaqqabısının keyfiyyətsiz olmasını və bizi yarı yolda qoymasını istəmərik. Əslində isə onlayn geyim sifarişlərində keyfiyyət haqqında aldadılmaq şansınız mağazadan alarkən aldadılmaq şansınızdan daha azdır. Real səslənmir? O zaman gəlin hamımızın yaşadığı bir situasiyanı yada salaq. Çox zaman geyim alarkən satış nümayəndələrinin almaq istədiyimiz məhsulu çox tərifləməsindən sonra almışıq, amma sonra görmüşük ki, məhsulun keyfiyyəti heç də elə deyil. Onlayn sifariş zamanı isə belə bir hal yaşanma ehtimalı demək olar ki, yoxdur. Çünki siz onlayn geyim sifarişi saytlarından istifadə etdikdə onların keyfiyyət barəsində sizi aldada biləcək satış nümayəndələri olmur, bütün ixtiyar sizin əlinizdədir. Bundan əlavə, şərhlərdə digər alıcılar geyimlərin keyfiyyəti haqqında da öz fikirlərini bildirirlər və yenə də, siz mağazadan sifariş etdiyiniz zaman bu imkan sizin əlinizə keçmir.

 

onlayn-geyim-sifarisi-stereotipler-keyfiyyet-problemi

3) Qiyməti baha olan məhsullar həmişə daha yaxşı keyfiyyətdə olurlar.

Qiymət və keyfiyyəti bir-birinə zidd olan anlayışlar olaraq qavramaq onlayn geyim sifarişi zamanı etdiyimiz ən böyük səhvlərdən və yanlış düşüncələrdən biridir. Düzdür, biz bu səhvi sadəcə onlayn geyim sifarişi etdikdə yox, həm də mağazalardan sifariş etdiyimiz zaman da edirik. Lakin bu hal onlayn alışveriş etdiyimizdə daha aktualdır, çünki almaq istədiyimiz məhsulun keyfiyyətinə yerindəcə baxa bilmirik. Bir çox alıcı bu davranışını şüuraltı olaraq “Biz o qədər varlı deyilik ki, ucuz mal alaq” düşüncəsi ilə əlaqələndirsə də, onlayn geyim sifarişi zamanı oyunun qaydaları tamamilə dəyişir. Onlayn alışveriş etdiyiniz zaman müxtəlif mağazalardakı geyimləri rahatlıqla müqayisə edə bilirsiniz. Bu halda 100 manat köynək görən bir çox alıcı bunun 25 manata təklif olunan köynəklərdən daha keyfiyyətli olacağını düşünürlər,lakin bu heç də həmişə belə olmur. Yüksək qiymətlər bəzən istifadə olunan parçaların və ya yunların da yüksək keyfiyyətli olduğundan xəbər versə də, bir çox hallarda bahalı məhsulların yalnız marka qavrayışımarketinqə görə bahalı olduğu hallar da heç az deyil. Onlayn platformalarda rəqabət böyükdür və elə bu səbəbdən, çox məşhur geyim brendləri belə tez-tez endirimlər tətbiq etməyə və ya loyallıq proqramları ilə alıcılara daha yaxşı xidmət göstərməyə çalışırlar. Ona görə də, onlayn geyim sifarişi etdiyiniz zaman əvvəlcə öz büdcənizi təyin edin, sonra isə bu büdcəyə uyğun olaraq, hər bir geyimin materialına diqqət yetirin. Keyfiyyət parametrlərini qiymətlərlə qarşılaşdırmayın və digər onlayn geyim sifarişi edən müştərilərin rəylərinə nəzər yetirməyi də unutmayın.

 

onlayn-geyim-sifarisi-stereotipler-qiymet-keyfiyyet-stereotipler

 

4) Onlayn geyim sifarişi etsəm, kart məlumatlarımı oğurlaya bilərlər.

 

Bəzi alıcılar düşünür ki, onlayn geyim sifarişi etdiyim zaman mağazalarda qeydiyyatdan keçirdiyim bank kartı məlumatlarım oğurlana bilər və ya xəbərim olmadan kartımdan əlavə ödəniş çıxarıla bilər. Bu narahatlığa əslində heç bir əsas yoxdur.

 

Birincisi, onlayn geyim sifarişi etdiyiniz markanın saytının bir neçə xüsusiyyətinə diqqət yetirərək onun etibarlı olub-olmadığını anlamaq mümkündür. Əgər nələrə fikir verməli olduğunuzu bilmirsinizsə, sifariş edəcəyiniz saytı seçmədən öncə onlayn alış-veriş saytlarının etibarlı olub-olmadığını təyin etməyin üsullarını sadaladığımız bloqumuzu oxuya və həmin faktorlara baxaraq onlayn geyim sifarişi edəcəyinizin saytın güvənli olub-olmadığını özünüz təyin edə bilərsiniz.

 

İkincisi, artıq təkmilləşdirilmiş təhlükəsizlik tədbirlərindən yararlanaraq kartınızdakı bütün əməliyyatlara nəzarət etmək imkanına sahibsiniz. Məsələn, demək olar ki, bütün onlayn geyim sifarişi edilə bilən brendlərin dəstəklədiyi 3D təhlükəsizlik kodu vasitəsilə kartınızdan hər dəfə vəsait çıxılanda sizin mobil nömrənizə gələn kodu təsdiqləməsəniz, sizin hesabınızdan heç bir vəsait çıxılmır və beləliklə, siz kartınızla aparılan məxaric əməliyyatlarına tam nəzarət etmiş olursunuz. Ölkəmizdə hələki geniş istifadə olunmayan, lakin xarici ölkələrdə çox geniş yayılmış bir üsulla da, hesabınızı belə xoşagəlməz situasiyadan sığortalaya bilərsiniz. Belə ki, “rəqəmsal cüzdan” adlanan bu üsulda yalnız xərcləyəcəyiniz məbləği bu cüzdana əlavə edib ödənişinizi buradan edərək kartınızdan artıq məbləğ çıxmasının qarşısını ala bilərsiniz. Yenə də bu üsullara etibar edə bilmirsinizsə və ya bank kartınız onlayn geyim sifarişi etmək istədiyiniz brendin saytında keçərli deyilsə, Dynamex’in “Mənim üçün sifariş et” xidmətindən istifadə edərək bank kartınızdan istifadə etmədən rahatlıqla onlayn geyim sifarişinizi edə bilərsiniz.

 

onlayn-geyim-sifarisi-stereotipler-sexsi-melumatlar

 
5) Onlayn sifariş etdiyim geyimlər karqoda itə bilər və ya gəlməsi çox uzun çəkə bilər.

 

Onlayn geyim sifarişi etdikdə bağlamanızın gəlib çatma vaxtı bir neçə amildən asılıdır. Sifariş etdiyiniz onlayn mağazanın geyimi xarici anbara çatdırma müddəti, sizin şəxsi kabinetinizdəki bəyannaməni doldurmağınız və smart customs tətbiqində bəyan etməyiniz gecikərsə və ya məlumatlarda yalnışlıq olarsa, bu sizin bağlamanızın çatdırılmasının ləngiməsinə səbəb ola bilər. Dynamex olaraq bunun qarşısını almaq üçün biz həftənin 5 günü Türkiyədən çatdırılma edərək, bağlamalarınızın mümkün qədər tez çatdırılmasını təmin edirik. Həmçinin anbarımıza daxil olan və beynəlxalq yükdaşıma qaydalarına uyğun olaraq qablaşdırılmış onlayn geyim sifarişinizin və ya üzərində həssas daşınma qaydaları qeyd olunmuş bütün məhsullar da tərəfimizdən ödənişsiz sığortalandığı üçün yenə də bu ehtimallardan narahat olmağınıza heç bir əsas qalmır.

 

onlayn-geyim-sifarisi-stereotipler-kargo-problemi

6) Onlayn geyim sifarişi etdiyim zaman müştəri xidmətləri ilə əlaqə saxlamaq mümkün olmur.

 

Mağazalardan geyim aldıqda qaytarma ehtiyacı yarandığı zaman və ya hər hansı bir problem yarandığı zaman mağazaya qayıdıb problemi həll etməyə çalışırıq. Təbii ki, mağazaya fiziki getmə imkanımızın olması həmişə problemimiz də həllini tapacaq demək deyil. Alıcıların bəziləri isə düşünür ki, onlayn geyim sifarişi etsəm, lazım olarsa, heç kimlə əlaqə saxlaya bilməyəcəyəm. Bu isə əsla belə deyil, bir çox onlayn alış-veriş saytları çağrı mərkəzi e-mail vasitəsilə sizə əlaqə saxlamaq, irad və təkliflərinizi bildirmək imkanı yaradır. Həmçinin, Dynamex-in geri qaytarılma xidməti ilə gələn geyimlərinizdə hər hansı problem aşkarlanarsa, onları daha rahat və sərfəli şərtlərlə qaytara bilərsiniz.

 

onlayn-geyim-sifarisi-stereotipler-musteri-xidmetleri

 

 

Bir çoxumuzun sahib olduğu bu stereotiplərin əsas səbəbi situasiyalar və proseslər barədə yetərli qədər məlumatımızın olmamasıdır.Belə mənfi fikirlərinizin əsassız olduğunu aydınlaşdırdığımız üçün, rahatlıqla onlayn geyim sifarişinizi edə və sərfəli qiymətlərlə aldığınız yeni geyimlərinizi xoş günlərdə istifadə edə bilərsiniz.

 

Dynamex olaraq, hər birinizə xoş və problemsiz alış-veriş təcrübəsi arzulayırıq!