Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Walmart-dan Azərbaycana sifariş və çatdırılma – Dynamex.az
06.07.2021Walmart.com saytından necə sifariş etmək olar? Walmart.com Azərbaycana çatdırılma edirmi? Walmart.com saytından nələr sifariş etmək olar? Walmart.com-dan Bakıya və Gəncəyə çatdırılma qiymətləri nə qədərdir?
Walmartdan sifariş | Walmartdan çatdırılma | Walmart.com Azərbaycan | Walmartdan məhsul sifarişi | Walmart geyim sifarişi | Walmart Amerikadan sifariş| Walmart Amerikadan çatdırılma | Walmart sifaris | Walmart catdirilma | Walmart amerikadan azerbaycana
Walmart haqqında
Wal Mart, adını qurucusu olan Sam Waltonun qısaltmasından götürür.1950-ci ildə Arkansasa bağlı kiçik bir qəsəbə olan Bentonvilledə Dime & Nickle Store adlı kiçik bir dükan sahibi olan Sam Walton, ilk böyük mağazası olan Wal Martı 1962-ci ildə Arxansasan şəhər mərkəzində açdı. Walmart onlayn alış-veriş mağazası üzrə dünya tarixinin gəlmiş keçmiş ən böyük və ən güclü şirkətlərindən biridir.
Walmart.com-dan bağlama neçə günə Azərbaycana gəlir?
Bağlamanı ilk öncə Walmart alış-veriş saytı kargo şirkətinin Amerika anbarına gətirir (free delivery). Kargo şirkəti paketi təhvil alır və ilk uçuşla Azərbaycana göndərir. Daim müştərilərini düşünən “Dynamic Express” sürətli kuryer şirkəti Amerikadan Azərbaycana çatdırılmanı sürətli və sərfəli edir. Amerikadan Azərbaycana çatdırılma 6 iş günü ərzində olunur.
Walmart.com-dan sifariş qaydası | Addım-addım təlimat
Walmart.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq Walmart.com saytında qeydiyyatdan keçmək üçün “Account” keçidinə daxil olun. Açılan pəncərədə “Sign up” bölməsinə daxil olun və qeydiyyatdan keçin. Walmart.com saytında “Address book” səhifəsinə daxil olaraq Walmart.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı Walmart hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün “Make payment” keçidinə daxil olun və ödəniş edəcəyiniz kart məlumatlarını bura daxil edin.
Təbriklər, artıq Walmart və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Walmart.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda “Bəyan et” linkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = Walmart.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Walmart
Kateqoriya = Walmart.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Paltar)
İnvoys qiyməti = Walmart.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = Walmart.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)