Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Aliexpress.com-dan Azərbaycana sifariş və çatdırılma – Dynamex.az
18.06.2021Aliexpress-dən Azərbaycana sifariş mümkündürmü? Aliexpress.com-dan Azərbaycana sifariş şərtləri nədir? Aliexpress Azərbaycana çatdırılma edirmi? Aliexpress-dən Azərbaycana çatdırılma qiymətləri necədir?
Aliexpress sifaris | Aliexpress catdirilma | Aliexpress Azərbaycana sifariş | Aliexpress Azərbaycana çatdırılma | Aliexpress qulaqcıq sifarişi | Bluetooth qulaqlıq sifarişi | Smart saat sifarişi | Notebook sifarişi | Kompüter sifarişi | Çindən sifariş | Çindən Azərbaycana çatdırılma | Çindən Azərbaycana sifariş | Aliexpress sifaris etmek | Aliexpress az | Aliexpress baki | Aliexpress gence | blutuz nausnik | Çindən qulaqcıq sifarişi | Çindən saat sifarişi | Xiaomi sifaris
Aliexpress haqqında qısa məlumat
Bu məqaləni oxuyursunuzsa, çox güman ki, ən azı bir dəfə də olsun onlayn alış-veriş etmisiniz. Bu macərada təzəsinizsə, o zaman məqaləni sona qədər oxuyun. Aliexpress dünya üzrə satışı olan, Çin məhsullarını öz qiymətinə təqdim edən ən sərfəli onlayn alış-veriş saytlarından biridir. Aliexpress ucuz ya baha fərq qoymadan bütün məhsulların etibarlılığına nəzarət edir. Aliexpress alıcı və satıcı arasında vasitəçi rolu oynayan etibarlı tərəfdaşdır. Elə buna görə də, Aliexpress saytında alış-veriş qaydasını bilən alıcı birbaşa Çindən rahatlıqla alış-veriş edə və ödənişini Aliexpress.com saytına etibar edə bilər. Siz Çindən istədiyiniz məhsulu Aliexpress vasitəsilə sifariş edə və məhsulu Azərbaycanda əldə edə bilərsiniz.
Aliexpress.com saytından Azərbaycana onlayn sifariş mümkündürmü?
Ümumi desək, bu mümkündür. Lakin Aliexpress hər ölkəyə çatdırılma etmir. Bəzi məhsullarda Azərbaycana çatdırılma qiymətini məhsulun qiymətindən qat-qat baha olduğu da aşikardır.Lakin siz Çinə və ya Amerikaya səfər etməyinizə gərək qalmadan, kargo şirkətinin iştirakı ilə Çindən onlayn sifariş edə və bağlamanızı Azərbaycanda təhvil ala bilərsiniz. Siz Aliexpress.com saytından istədiyiniz geyimlər, məişət elektronikası, kompüterlər, ofis texnikası, electron ləvazimatlar, çanta, ofis və məktəb ləvazimatları, oyuncaqlar, saatlar, vitaminlər, əl işləri və bir çox fərqli kateqoriyada məhsulları sifariş edə bilərsiniz.
Aliexpress.com ilə Çindən sifariş qaydası
Addım-addım təlimat: Çindən Aliexpress ilə özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq Aliexpress.com saytında qeydiyyatdan keçmək üçün "Qeydiyyat" linkinə daxil olun və “Register” xanasını seçərək qeydiyyatınızı tamamlayın.
Aliexpress saytında "Address" səhifəsinə daxil olaraq Aliexpress.com-un məhsulu kargo şirkətinə çatdıracağı Türkiyə və ya Amerika ünvanını qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nümunə:
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Qeyd 2: Bütün xanaları doldurduqdan sonra “Set as default” hissəsini işarələməyi unutmayın. Bunu etsəniz, sonrakı sifarişlərinizdə təkrar ünvan qeyd etmənizə gərək qalmayacaq.
Tips: Siz Çinin ən məşhur onlayn alış-verişi mağazası olan aliexpress.com ilə sifarişinizi Azərbaycana kargo şirkətinin Amerika və ya Türkiyə anbarına sifariş edərək gətirə bilərsiniz. Çünki Aliexpress bağlamanı Amerika və Türkiyəyə çox zaman pulsuz kargo ilə göndərir. Beləliklə, siz Çindən Azərbaycana sifariş zamanı daşıyıcı şirkətə fantastik qiymətlərlə kargo pulu ödəməyəcəksiniz.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Aliexpress.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda Bəyan et klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = aliexpress.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Aliexpress
Kateqoriya = aliexpress.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Qulaqcıq)
İnvoys qiyməti = aliexpress.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = aliexpress.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)