Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Sephora.com-dan Azərbaycana kosmetika sifarişi – Dynamex.az
29.05.2021Amerikadan Azərbaycana kosmetika sifariş etmək mümkündürmü? Sephora.com-da necə qeydiyyatdan keçmək olar? Sephoradan Azərbaycana sifariş şərtləri nədir? Sephora.com Azərbaycana çatdırılma edirmi? Sephoradan Azərbaycana çatdırılma qiymətləri necədir?
Sephoradan sifaris | Sephoradan catdirilma | Sephora kosmetika sifariş | Sephora çatdırılma | Sephoradan kosmetika sifarişi | Amerikadan kosmetika sifarisi | Online kosmetika sifarisi | Sephora.com-dan sifariş | Onlayn kosmetika | Kosmetika baku | kosmetika az | Kosmetika firmalari ve qiymetleri | En yaxsi kosmetika firmalari | Ucuz kosmetika | Ən ucuz kosmetika | Sephora kosmetika | Kasmetika online sifaris | Makyaj magazasi | Makyaj modelleri | Makeup sifaris
Amerikadan Azərbaycana kosmetika sifarişi etmək mümkündürmü?
Ümumi olaraq Amerikada kosmetika saytları Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz alacağınız məhsulu Amerikaya səfər etmədən, kargo şirkətinin köməyi ilə birbaşa markadan sifariş edə və Azərbaycanda təhvil ala bilərsiniz. Həmçinin müəyyən olunmuş ərazilərə kuryer sifarişi edərək qapıya çatdırılma xidmətimizdən istifadə edə bilərsiniz. Siz Sephora.com saytından pulunuza qənaət edərək sevdiyiniz kosmetika məhsulları sifariş edə bilərsiniz.
Sephoradan Azərbaycana sifariş şərtləri necədir?
Sephora.com saytı ilə Amerikadan kosmetika sifariş etmək istəyirsinizsə burada xüsusi şərt yoxdur. İlk olaraq Sephora saytında bəyəndiyiniz məhsulu səbətə əlavə edib sifariş edirsiniz və Dynamex saytında bunu bəyan edirsiniz.Sephora saytından qeydiyyatdan keçmək və sifarişi bəyan etmək təlimatlarını aşağıda sizin üçün qeyd etmişik. Siz Sephora.com saytından makyaj, parfüm, üz baxımı, vücud və dəri məhsulları, saç baxımı, aksesuarlar, fırçalar, bədən kremləri, günəş baxımı, dəri nəmləndiriciləri, ağız qoxusuna çarə spreyləri, saç şampunları, kremlər, rəngli saç spreyləri, saç aksesuarları, kosmetika fırçaları, sephora kolleksiyaları və bir çox fərqli kateqoriyada kosmetika məhsullarını sifariş edə bilərsiniz.
Sephora.com saytından Azərbaycana çatdırılma qiymətləri
Sephoradan Azərbaycana çatdırılma qiymətləri belədir. Siz Sephora.com-dan kargo şirkətinin Amerika anbarına sifariş edirsiniz. Kargo şirkəti bağlamanı təsdiq etdikdən qısa zaman sonra sizin sifarişinizi qısa zamanda Azərbaycana göndərir.Siz bağlamanızı Bakı və ya Gəncə ofisimizdən təhvil ala bilərsiniz. Poçt sifarişi ilə Azərbaycanın istənilən bölgəsinə bağlamanızı çatdırırıq. Həmçinin müəyyən ərazilərə kuryer sifarişi edə bilərsiniz. Amerikadan Azərbaycana çatdırılma qiymətlərini daşınma qiymətləri səhifəmizdə görə bilərsiniz.
Sephora.com saytında qeydiyyatdan keçmək qaydası – İZAHLI
Addım-addım təlimat: Sephora.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et!
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq sephora.com saytında qeydiyyatdan keçmək üçün qeydiyyat linkinə daxil olun. Açılan pəncərədə “Create account” bölməsinə daxil olun.
First name = Adınız
Last name = Soyadınız
Email address = Aktiv e-poçt ünvanınız( məsələn: [email protected])
Password = Ən azı 6 xarakterdən ibarət gizli şifrə
Phone number = Bu hissəyə ölkə kodu qeyd etmədən telefon nömrənizi yaza bilərsiniz.
Enter your birthdate.. = Doğum tarixinizi qeyd edə bilərsiniz. (istəyə bağlı)
Qeydiyyatı tamamlamaq üçün “Join Us” düyməsinə klik edin. Bununla siz artıq Sephora hesabı yaratdınız.
Nümunə:
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Sephora.com saytında “saved addresses” bölməsinə daxil olaraq Sephora.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı Sephora hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün “Payments & Credits” səhifəsinə daxil olun və “Add a credit or debit card” xanasına klik edin. Aşağıdakı təlimata uyğun xanaları dolduraraq ödəniş məlumatlarını tamamlaya bilərsiniz.
Card type = Kartınızın üzərində Visa və ya MasterCard yazılıbsa, ona uyğun olanı seçin
Card number = Kartınızın üzərində qeyd olunan 16 rəqəmli kod.
Expiration date = Kartınızın üzərində qeyd olunan tarix (ay və il)
First name = Kartınızın üzərində qeyd olunan ad
Last name = Kartınızın üzərində qeyd olunan soyad
Country = United States
Phone = Bura əlaqə nömrəsi yazacaqsınız. Ölkə kodunu yazmaq mümkün olmadığı üçün sadəcə nömrənizi yazmağınız kifayətdir. (Məsələn: 050-123-45-67)
Qeyd: Xanaları doldurduqdan sonra “Set as my default card” seçimini işarələməyi unutmayın. Bundan sonrakı sifarişlərinizdə indi yazdığınız kart məlumatlarını təkrar yazmağınıza gərək qalmayacaq.
Qeyd 2: Bu əməliyyatda kartınızın arxasında qeyd olunan 3 rəqəmli kod sizdən istənilmir. Təhlükəsizlik baxımından bu məlumat siz sifarişi verdiyiniz zaman sizdən tələb olunacaq.
Təbriklər, artıq Sephora və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Sephora.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda bu linkə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = sephora.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Sephora
Kateqoriya = sephora.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Kosmetik fırça)
İnvoys qiyməti = sephora.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = sephora.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)