Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Amazon.com-dan sifariş və Amerikadan çatdırılma – Dynamex.az

Amazon.com-dan sifariş və Amerikadan çatdırılma – Dynamex.az

22.05.2021
Amerikadan Azərbaycana sifariş etmək mümkündürmü? Amazon.com-da necə qeydiyyatdan keçmək olar? Amazondan Azərbaycana sifariş şərtləri necədir? Amazondan nələr sifariş etmək olar?Amazon Azərbaycana çatdırılma edirmi? Amerikadan Azərbaycana çatdırılma qiymətləri necədir?
                                    
Dynamex Amerika | Amerikadan catdirilma | Amazon Azerbaycan | Amerika karqo catdirilma | Amerikadan sifaris | Amazon Azerbaycana sifaris | Amerika kargo sirketi | Amerika Azerbaycan kargo | Amerikadan kargo | Kargo sirketi | Amazondan Bakiya catdirilma | Amazondan Genceye catdirilma | Amazondan sifaris | Amazondan catdirilma | Amazondan sifariş | Amazondan çatdırılma | Amazon Amerika | Amazondan məhsul sifarişi | Online amazondan sifariş | Express amazondan sifariş
                              
Dəyərli müştərilərimiz, Dynamex 2018-ci ildən etibarən Azərbaycana çatdırılma edən sürətli poçt şirkətidir. Bizim vasitəmizlə daşınan və beynəlxalq yük daşıma qaydalarına əsasən qablaşdırılmış bütün bağlamalar üçün sərfəli çatdırılma xidmətini təklif edirik. 
 

Amerikadan Azərbaycana sifariş mümkündürmü?

Amerika saytları Azərbaycana birbaşa məhsul ya ümumiyyətlə çatdırmır, ya da çox yüksək tariflərlə gətirir. Lakin siz alacağınız məhsulu kargo şirkəti vasitəsilə Azərbaycana sifariş edə bilərsiniz. Siz Amazon.com saytında dünya markalarının məhsullarını Amerikadan sifariş edə bilərsiniz.Amazon saytından sifarişlərinizi Dynamex.az ilə Azərbaycana sifariş edə və qısa zamanda bağlamanızı təhvil ala bilərsiniz.
 

Azərbaycana çatdırılma qiymətləri necədir?

Dəyərli müştərilərimiz, Dynamex.az şirkəti Amerikadan Azərbaycana çatdırılmanı həm operativ, həm də münasib qiymətlə edir. Belə ki,Amazondan  Bakı şəhərinə göndərilən bağlamaya hesablanan çatdırılma qiyməti, Gəncə şəhərinə də eyni qaydada hesablanır. Siz tariflər səhifəsində Azərbaycana çatdırılma qiymətlərini görə bilərsiniz.
 

Amazondan  bağlamanız Azərbaycana necə çatdırılır?

Dəyərli müştərilərimiz, Dynamex.az kuryer şirkəti müştəri loyallığı və müştəri məmnuniyyətini daim ön planda saxlayır və Amerikadan sifarişlərdə müştərini gözlətmədən, bağlama xarici anbara daxil olduğu zaman sifarişini qeydiyyata alır və qısa zaman ərzində əsas anbara gətirir və istəyə bağlı olaraq ünvana çatdırılma edir.
 
Amazon.com saytında qeydiyyatdan keçmək. (İZAHLI TƏLİMAT)
Addım-addım təlimat: Amazon.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçinƏgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq amazon.com saytında qeydiyyatdan keçmək üçün bu linkə daxil olun.  Açılan pəncərədə “Create your Amazon account” bölməsinə daxil olun.
Your name = Ad və soyadınız
Email = Aktiv e-poçt ünvanınız( məsələn: [email protected])
Password = Ən azı 6 xarakterdən ibarət gizli şifrə
Re-enter password = Gizli şifrənizi yenidən daxil olun.
Qeydiyyatı tamamlamaq üçün “Create your Amazon account” düyməsinə klik edin. Bununla siz artıq Amazon hesabı yaratdınız.
 
Amazon saytında bu linkə daxil olaraq Amazon.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçünXaricdəki ünvanlarımsəhifəsində qeyd etmişik.

Nümunə:

Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Qeyd 2: Bütün xanaları doldurduqdan sonra “Make this my default adress” hissəsini işarələməyi unutmayın. Bunu etsəniz, sonrakı sifarişlərinizdə təkrar ünvan qeyd etmənizə gərək qalmayacaq.
 

Amazon.com saytında qeydiyyatdan keçmək. (VİDEO TƏLİMAT)

 
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı amazon hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün bu linkə daxil olun və “Add a credit or debit card” xanasına klik edin. Aşağıdakı təlimata uyğun xanaları dolduraraq ödəniş məlumatlarını tamamlaya bilərsiniz.
Card number = Kartınızın üzərində qeyd olunan 16 rəqəmli kod.
Name on card = Kartınızın üzərində qeyd olunan ad və soyad (Məsələn:MR. HUSEYN SULEYMANOV)
Expiration date = Kartınızın üzərində qeyd olunan tarix (ay və il)
Qeyd: Xanaları doldurduqdan sonra “Set as default payment method” seçimini işarələməyi unutmayın. Bundan sonrakı sifarişlərinizdə indi yazdığınız kart məlumatlarını təkrar yazmağınıza gərək qalmayacaq.
Qeyd 2: Bu əməliyyatda kartınızın arxasında qeyd olunan 3 rəqəmli kod sizdən istənilmir. Təhlükəsizlik baxımından bu məlumat siz sifarişi verdiyiniz zaman sizdən tələb olunacaq.
 
Təbriklər, artıq AmazonDynamex hesablarınız hazırdır.
 

Amazonun.com Prime üzvlərinə aşağıdaki xidmətləri təklif edir:

  1. Pulsuz kargo xidməti (Amerika daxili kargo)
  2. 24 Saat ərzində Amerika daxili çatdırılma
  3. Xüsusi fürsətlər (endirim kuponları və s.)
  4. Endirim təkliflərindən daha əvvəl xəbardar olma
  5. Prime videolar
  6. Prime oyunlar (Prime Game)

Alış-verişə başlamaq vaxtıdır.

 
Nəzərə alaq ki, siz Amazon.com satında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda bu linkə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
 
Ölkə = ABŞ
Tracking İD = amazon.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Amazon
Kateqoriya = amazon.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Qulaqcıq)
İnvoys qiyməti = amazon.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = amazon.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)
 

Güvənli və xoş alış-verişlər!