Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Carters.com-dan sifariş, Amerikadan çatdırılma – Dynamex.az

Carters.com-dan sifariş, Amerikadan çatdırılma – Dynamex.az

10.06.2021
Carter’s Azərbaycana çatdırılma edirmi? Carters.com saytından necə sifariş etmək olar? Carters.com saytından sifariş etmək nəyə görə sərfəlidir? Carters.com saytından Azərbaycana çatdırılma pulu nə qədərdir?
          
Carters sifariş  | Carters çatdırılma | Carters Azərbaycana sifariş | Carters paltar sifarişi | Amerikadan geyim sifarişi | Carters sifarisle | paltar sifarisi | geyim sifarişi
 

Carters.com haqqında

“Nəsildən-nəsilə körpələri geyindiririk”  - sloganı ilə 1865-ci ildən fəaliyyət göstərən Carters markası əsasən uşaq geyimləri, körpə geyimləri istehsal edir. Bir-birindən əyləncəli olan naxışlı geyimləri, yüksək keyfiyyətli parçaları, sevgi dolu rəngarəng kombinləri ilə dünyaya səs salan marka körpə və uşaq geyimləri istehsalı ilə məşğuldur.
 

Carters.com-dan Azərbaycana çatdırılma mümkündürmü?

Carter’s adı ilə məşhurlaşan Amerika markası hal-hazırda Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz Amerikaya səfər etmədən, vaxtınıza və pulunuza qənaət edərək, istədiyiniz uşaq və körpə geyimini onlayn sifariş edə bilərsiniz. Bunun üçün carters.com saytında çatdırılma ünvanına Dynamex Amerika ünvanını yazmağınız kifayətdir.
 

Carters.com saytından sifariş etmək nəyə görə sərfəlidir?

Onlayn aləmdə internet dünyasının bizim üçün ən yaxşı xüsusiyyətlərindən biri də oturduğumuz yerdən alış-veriş etməyin mümkün olmasıdır. Fantastik qiymətləri görüb planlarımızı ertələmək, əlavə xərc çəkmək, həvəsdən düşmək əvəzinə evdən çıxmadan həm vaxta, həm də büdcəyə qənaət edərək onlayn sifariş etmək çox sərfəlidir. Onlayn sifarişlərdə kargo şirkətinin rolu çox böyükdür. Tutaq ki, siz  Amerikadan "Apple" airpods sifarişi edirsiniz, kargo şirkəti isə sizin əvəzinizə bağlamanı götürür, Azərbaycana çatdırılma edir və tam etibarlı şəkildə onu sizə təhvil verir. Sizin üçün bütün Amerika  saytlarını bir araya topladıq. Mağazalar səhifəmizdə Amerika və Türkiyə mağazaları barədə məlumat ala bilərsiniz.
 

Carters.com-dan sifariş qaydası

Addım-addım təlimat: Carters.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et

Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin.  Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik.
Carters saytında qeydiyyatdan keçdikdən sonra “Address Book” linkinə daxil olaraq Carters.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
 

Amerika mağazalarından Azərbaycana çatdırılma xərci nə qədərdir?

Daşınma xərcləri 2.30$-dan başlayır. Kargo qiymətləri səhifəmizə keçid edərək kargo tariflərimizlə tanış ola bilərsiniz.

Təbriklər, artıq Carters və Dynamex hesablarınız hazırdır.

 

Alış-verişə başlamaq vaxtıdır.

Nəzərə alaq ki, siz Carters.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızdaBəyan etlinkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
 
Ölkə = ABŞ
Tracking İD = Carters.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Carters
Kateqoriya = Carters.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Geyim)
İnvoys qiyməti = Carters.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = Carters.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)
 

Güvənli və xoş alış-verişlər!