Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Bağlamaların üzərindəki işarələr nə məna verir?

Bağlamaların üzərindəki işarələr nə məna verir?

07.08.2020

Uşaqlıqdan bəri bağlamaların və ya qutuların üzərində bir sıra başa düşmədiyimiz işarələr görürük. Bəzi simvolları ağlımız kəsdiyi qədəri ilə anlasaq da, digər qismi bizlərə qaranlıq qalırdı. Vacib sual odur ki, görəsən bizim əhəmiyyət vermədiyimiz həmin işarələr ümumiyyətlə  nə məna verir? Bəlkə biz həmin işarələrə diqqət yetirməməklə hər hansısa məhsulumuzu zədələmişik?

 

Bu suallara cavab tapmaq istəyirsinizsə, bu bloq sizin üçün yazılmışdır. Elə isə başlayaq!

 

Fragile

Şəkildəki kimi qutunun içində şüşə olması vacib deyil. Bağlamanın içində həssas/tez qırılan məhsul olduğunun göstəricisidir.

 

Keep Dry

Çətirdən də göründüyü kimi bağlamanı sudan qorumaq lazım olduğunu göstərən işarədir. Nəmişlik olan yerdə saxlanılması da arzuolunan deyil.

 

This way up

Bir üfüqi xətt üzərində iki şaquli ox bağlamanın daşınma və stokda durma üsulunu göstərir. Elə məhsullar var ki, tərs qaldığı halda zədələnə və ya xarab ola bilər.

 

Handle carefully

Bağlamanın diqqətli şəkildə daşınmalı olduğunu göstərən işarədir.

 

2 Person Lift

Bağlamanın ağır olduğunu və 2 nəfər tərəfindən daşınmasının məqsədə uyğun olduğunu göstərir.

 

Multiple Boxes in Prohibition Sign

Bağlamaların üst-üstə qoyulmasının qadağan olunduğunu göstərən işarədir.

 

Thermometer

Əsasən termometr işarəsi bağlamada əks olunuqda, altında dərəcə limitləri də qeyd olunur. Bağlamanı məsləhət görülən temperaturdan aşağı və ya yuxarı saxlamaq məqsədəuyğun deyil.

 

Food Package

Bağlamanın içində ərzaq məhsulları olduğunun göstəricisidir.

 

Kitemark

kitemark-logo

Bu simvolu gördüyünüz zaman ürəyiniz rahat ola bilər. Ancaq Britaniya Standartlar İnsitutunun paketləmə testindən keçən bağlamalara bu işarə vurulur və həmin insitut da özünü dünyaya  müsbət formada tanıtmışdır.

 

CE Mark

Avropa Birliyinin təhlükəsizlik, sağlamlıq və ətraf mühit standartlarına cavab verən bağlamaların üzərində olan simvollardan biridir.

 

Recycling

Bu işarə, bağlamada istifadə materialın təkrar emal üçün əlverişli olduğunun göstəricisidir. Mümkünsə həmin bağlamaları evinizə yaxın təkrar emal zibil qutularına atın ki, çevrəyə müsbət təsirimizi göstərə bilək!

 

Tidyman

“Britaniyanı təmiz saxlayaq”  ctimaiyyətlə əlaqələr kampaniyasının bir parçası olan simvol daha təmiz dünyanı təcəssüm edir. Ölkəmizdə də bu işarəyə diqqət yetirməyimiz və vətənimizi təmiz saxlamağımız vacib amillərdəndir.

 

Box Beneath Sunshine

Günəş sevməyən güllər olduğu kimi gün xoşlamayan bağlamalar da var. Sevmirsə, sevmir çox da üzərinə getməyə dəyməz.


İbtidai sinif müəllimi cümləsinə oxşasa da çox yerinə düşür deyə işlədirəm. Artıq simvollarla tanış olduq və hansının nə mənaya gəldiyini bilirik. Yox, burada təkrar oxuyub biliklərinizi möhkəmlətməyinizi istəməyəcəm. Sadəcə bağlamanızın üzərində əgər bu işarələrdən varsa, lazımi tədbiri görməyinizi və daha diqqətli yanaşmanızı tövsiyə edirik.