Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Morhipodan Azərbaycana sifariş və çatdırılma

Morhipodan Azərbaycana sifariş və çatdırılma

18.01.2021

Son dövrlərdə artıq bir çoxumuz onlayn alış-verişin üstünlüklərindən yararlanırıq. Türkiyədən sifarişlərdə geniş brend çeşidi və mütəmadi endirim kampaniyaları ilə fərqlənən və alıcıların üstünlük verdiyi yollardan biri də Morhipodan Azərbaycana sifariş və çatdırılmadır. Həm keyfiyyət, həm də sərfəli olduğu üçün bu onlayn mağaza vasitəsilə Türkiyədən onlayn sifariş edərək özünə qış geyimləri, ayaqqabı, çanta, müxtəlif aksesuarlar və hətta ev dekoru sifarişi edənlər heç də az deyil. 

 

Morhipodan Azərbaycana çatdırılma etməyin bir çox üstün cəhətləri var. Çünki bu onlayn alış-veriş saytı öz müştərilərinin rahatlığı üçün hər şeyi düşünüb desək, yanılmarıq. Məsələn, saytın ən sevilən xüsusiyyətlərdən biri istənilən məhsula daxil olduqda yarımbaşlıqlar şəklində almaq istədiyiniz markanı, endirim fürsətlərini və hətta hər məhsulun müxtəlif növlərini kateqoriyalaşdırmasıdır. Hazırda Morhipodan Azərbaycana çatdırılma edənlərin artmasına digər bir səbəb isə endirim kampaniyalarının çoxluğudur. Buna misal olaraq “Mor Fırsatlar” adı altında 70%-ə qədər, idman geyimlərində və habelə qış geyimlərində, ayaqqabılarında təklif olunan endirimləri nümunə göstərə bilərik. Bundan əlavə alıcılarına eyni endirimləri mobil tətbiqində də təklif edən Morhipo alış-veriş etməyi xeyli asanlaşdırır.

 

Morhipodan Azərbaycana çatdırılma etməyin digər bir müsbət cəhəti Morpass loyallıq proqramıdır. Bu proqrama üzv olma şərtləri çox sadədir, belə ki, sadəcə qeydiyyat formunu doldurmağınız kifayətdir və bundan sonra bu proqramın təklif etdiyi endirimlərdən yararlana bilərsiniz. Hər kəsə individual yanaşan Morpass təklif edəcəyi üstünlükləri son 6 aylıq alış-veriş keçmişinə əsasən təyin edir.

 

Morhipodan Azərbaycana çatdırılma edərkən əldə edəcəyiniz üstünlüklər bununla da bitmir. Belə ki, siz gündəlik geyiminizi Türkiyədən onlayn sifariş edərkən kombininizi seçməkdə çətinlik çəkirsinizsə, bu sayt sizin üçün əvəzedilməz olacaq. Çünki, saytın bütün bir kombini eyni başlıq altında toplayaraq seçim edə bilməyənlər üçün yaratdığı xüsusi geyim bölməsi də mövcuddur. Elə bu səbəbdən bu bloqumuzda Morhipodan Azərbaycana çatdırılma edilərkən alıcıların ən çox üstünlük verdiyi məhsul kateqoriyalarını, onların üstün cəhətlərini və hazırda təklif edilən endirim kampaniyaları haqqında söz açacağıq.

 

Qış geyimləri alış-verişi

 

Morhipodan Azərbaycana çatdırılmada qış geyimləri mövsümlə əlaqədar tez-tez alış-veriş edilən kateqoriyalardandır. Həmçinin qış aylarında alıcıların bu kateqoriyadan olan geyimlərə rəğbət göstərməsini nəzərə alaraq bu sayt müxtəlif markalarda endirimlər təklif etməklə yanaşı 100 TL-dən başlayan qiymətlərlə qış üçün üst geyimlərini eyni başlıq altında toplayaraq daha rahat alış-veriş etməyinizi də təmin etməyə kömək edir. Odur ki, siz də hələ də qışa hazırlıqlı deyilsinizsə, Morhipodan Azərbaycana çatdırılma edərkən LC Waikiki, Koton, Beymen, Collezione, Damat, Vitrin, Aeropostale  Defacto kimi brendlərdən rahatlıqla alış-veriş edə bilərsiniz.

 

morhipodan catdirilma qis geyimleri

 

Çanta alış-verişi

 

Türkiyədən Azərbaycana sifarişlərdə ən çox alınan aksesuarlardan biri də çantalardır. Öncəki bloqumuzda onlayn çanta sifarişi edərkən nələrə diqqət etməli olduğunuz və hansı markaların daha etibarlı alış-veriş saytları olduğu haqqında xeyli danışmışdıq, ona görə də bu mövzuları yenidən müzakirə edib sizi yormaq niyyətində deyilik. Lakin, Morhipodan Azərbaycana çatdırılma edərkən Bambi, Beymen, David Jones, Derimod, Mavi, Guess, HerschelHotiç kimi məşhur markaların çantalarına nəzər yetirmənizi tövsiyyə edərdik, çünki hər birində səbətə əlavə edərkən müxtəlif faizli endirim kampaniyaları mövcuddur.

 

morhipodan catdirilma canta

 

Ayaqqabı alış-verişi

 

Morhipodan Azərbaycana sifarişlərdə hamının son günlərdə axtarış etdiyi kateqoriyalar arasında üstün mövqe tutan məhsullardan biri də ayaqqabılardır. Buna səbəb bir çoxlarının “Düzgün qış ayaqqabımı necə seçə bilərəm?” sualına cavab axtarmasıdır. Çünki qışda alıcıların bir çoxu həm soyuq hava şəraitində geyinə biləcəyi, həm də öz stillərinə uyğunlaşdıra biləcəyi ayaqqabı almaq istəmələridir.  Qeyd edək ki, indi Morhipodan alış-veriş etsəniz, öz keyfiyyəti ilə fərqlənən Sportive, Flo, Decathlon, Skechers, TerganAldo brendlərində qış çəkmələrinə xüsusi endirimlərdən faydalana bilərsiniz.

 

morhipodan catdirilma ayaqqabi

 

İdman geyimləri, ayaqqabıları və daha çoxu

 

Morhipodan Azərbaycana çatdırılma edərkən idman geyimləriidman ayaqqabıları seçimini də öz alış-veriş siyahısına əlavə edənlər də kifayət qədər üstünlük təşkil edir. Morhiponun isə idman həvəskarlarının sevimli saytı olduğunu deyə bilərik, çünki istənilən idman növü üçün lazım olan hər şeyi buradan almaq imkanı verir. Bunun ən vacib səbəblərindən biri isə digər onlayn alış-veriş saytlarından fərqli olaraq bu saytda məşhur idman brendlərinin-The North Face, New Balance, Adidas, Hummel, MaviNike kimi markaların daha çox məhsulunu bu saytda tapa bilməyinizdir. Həmçinin, endirim kampaniyaları ilə keyfiyyətli məhsulları daha sərfəli qiymətlərlə əldə edəcəyinizdən idmana başlamamaq üçün artıq heç bir bəhanəniz qalmır.

 

morhipodan catdirilma idman brendleri

 

Ev dekoru alış-verişi

 

Morhipodan Azərbaycana çatdırılmada eviniz üçün interyerinizə uyğun olaraq ev dekoru və aksesuarı alış-verişi də edə bilərsiniz. Bu saytın digər müsbət cəhəti isə eviniz üçün lazım olan elektronika məhsullarını da buradan sifariş etməyin mümkün olmasıdır. Əgər daha öncə Morhipodan sifariş etməmisinizsə, bu sayta mütləq baş çəkmənizi məsləhət görürük, çünki büdcənizə uyğun alış-veriş üçün ideal seçim edəbiləcəksiniz. Bunun səbəbi isə bu alış-veriş platformasının 29, 4999 TL-dən ucuz məhsulları kateqoriyalaşdıraraq alış-veriş edərkən büdcənizi aşmamaq üçün sizə böyük ölçüdə kömək etmə imkanıdır. Həmçinin, indi buradan alış-veriş etməyin tam zamanıdır, çünki Morhipo seçilmiş məhsullara 80%-ə qədər endirimli qiymətlər tətbiq edir.

 

morhipodan catdirilma ev dekoru ve aksesuarlari

 

Beləliklə, bu bloqumuzda Türkiyədən alış-veriş edərkən geniş məhsul kateqoriyası təklif edən Morhipodan Azərbaycana çatdırılma mövzusunda bilməli olduqlarınız barədə sizə məlumat verdik. Artıq bu saytın alıcılarına təqdim etdiyi üstünlüklərdən yararlanaraq həm keyfiyyətli məhsullar ala, həm də sərfəli alış-veriş edə bilərsiniz.