Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Tonal krem necə seçilməli? Dəri tipi və ehtiyacına görə 12 tonal krem növü

Tonal krem necə seçilməli? Dəri tipi və ehtiyacına görə 12 tonal krem növü

09.06.2020

Tonal krem necə seçilməli? 

Qüsursuz bir makiyajın bir neçə sirri var. Bunlardan ilki isə tonal kremlərdir. Mövzu tonal kremlər olduqda insanın ağlına bir sıra cavablanması gərəkən sual gəlir. Tonal kremi nəyə əsasən seçməli? Necə istifadə etməli? Dəri tipinə uyğun tonal kremi necə tapmalı? Rənginə necə qərar verməli?

Bütün bu suallara bloqumuzu oxuduğunuz zaman cavab tapacaqsınız. Həmçinin, dəri tipi və ehtiyaclarına görə tonal krem növlərini sizlər üçün araşdırmışıq və bloqun davamında bu növlər ilə tanış olacaqsınız. Başladıq!

 

  • Tonal krem nəyə əsasən seçilməlidir?

  • Doğru tonal krem rəng seçimi necə aparılmalıdır?

  • Tonal krem dəriyə necə tətbiq edilməlidir?

  • Tonal kremlərin 12 növü: 

 

  • Maye Tonallar

  • Krem Tonallar

  • Krem-Pudra Tonallar

  • Pudra Tonal Krem

  • Mineral Tonal Krem

  • Whipped Tonallar

  • Yaşlanma Əleyhinə Tonallar

  • Yağ Əsaslı Tonallar

  • Suyadavamlı Tonallar

  • Stick Tonalları

  • BB Kremlər

  • CC Kremlər

 

Tonal krem nəyə əsasən seçilməlidir? 

 

Bu sualın bir çox cavabı var, lakin doğru tonal krem seçmənin ən yaxşı yolu yoxlamaqdır. Bir neçə gün istifadə etdikdən sonra sizə uyğun olub-olmadığını anlaya bilərsiniz. Digər bir üsul isə dərinizin tipinəyə ehtiyacı olduğudur. Yağlı, quru və qarışıq dəri tipləri bir-birindən fərqli tonal kremlərə ehtiyac duyur. Eyni zamanda, yüngül struktulu, yoxsa qüsurları gizləyən qapadıcı və yaxud dərinizin fərqli bir xüsusiyyətinə görə tonal krem axtardığınıza qərar verməlisiniz.

 

Yağlı bir cild üçün pudra formalı və matlaşdırıcı tonallar, quru dəri üçün nəmləndirici və nəm qalmasını təmin edəcək tonal kremlər seçilməlidir. Əgər dəriniz problemlidirsə, o zaman mineral tərkibli tonal kremlərə üstünlük verməniz gərəkir.

 

Doğru tonal krem rəng seçimi necə aparılmalıdır? 

 

Qətiyyən əldə yoxlayaraq deyil! Adətən bir çox insan tonal rəngini əllərində yoxlayaraq təyin edir və nəticədə yanlış ton seçmiş olur. Əlinizin, biləyinizin və ya qolunuzun iç hissəsinin həm rəngi, həm də forması üzünüzdən fərqlidir. Bu səbəbdən tonalın rəngini üzdə görmək daha yaxşıdır. Seçim etmək istədiyiniz tonal kremləri üzünüzün bir hissəsində, çənə hissəsində və ya boynunuzda yoxlamanız daha doğru seçim etmənizə kömək edəcəkdir.

 

Tonal krem dəriyə necə tətbiq edilməlidir?

 

Ən çox istifadə olunan və sevilən variantlardan biri fırçanın köməyilə və yüngül hərəkətlərlə tonal kremi dəriyə tətbiq etməkdir. Bir digər sevilən variant isə makiyaj süngəri vasitəsilə tətbiqdir. Bu vasitələr həm tonal kremin dəriniz üzərində bərabər paylanmasını təmin edəcək, həm də tonal kremi dərinizə yaxşıca hopduracaq. Tonal kremi çəkmədən öndə cildinizin təmiznəmləndirilmiş olması olduqca vacibdir. Dəri qulluğu ilə bağlı ətraflı məlumata sahib olmaq üçün Yayda dəriyə qulluq bloqumuzu oxumanızı tövsiyə edirik.

 

Tonal kremlərin 12 növü

 

İndi isə keçək dəri tipi və ehtiyaclarına görə tonal krem növlərinə. Tonal kremlərin hansı növləri var? Budur, 12 tonal krem növünü sizlər üçün bir araya gətirdik. Hansı tonal kremin sizin dəri tipinizə uyğun gəldiyini, hansı növlərinin cildinizin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayacağını öyrənmək üçün oxumağa davam.

 

1) Maye Tonallar

 

maye-tonallar

 

Maye tonal kremlər makiyaj istifadəçiləri arasında ən məşhur olanıdır desək, yanılmarıq. Onunla işləmək asan, qablaşdırlası isə istifadə üçün çox əlverişlidir. Maye tonal kremlər matlaşdırıcıdan, canlıparlaq görüntü verən xüsusiyyətə qədər geniş çeşidlərə malikdir.

 

Əksər hallarda, maye tonal kremlər saatlarla üzdə qaldıqdan sonra yarı-mat və ya yarı-parlaq görüntüyə çevrilir – bu isə, əlbəttə ki, formulunda su olmasından qaynaqlanır. Su əsaslı formulundan dolayı maye tonal kremlər nəmləndirici xüsusiyyətə malikdir və quru dəri tipinə malik insanlar üçün gündəlik tonal krem olaraq istifadədə çox yaxşı təsir göstərir.

 

Eyni zamanda, maye tonal kremlər yüngül strukturu və nəmləndirici tərkibi ilə 2020-ci ilin makiyaj trendlərindən biridir.

 

2) Krem Tonallar

 

krem-tonallar

 

Krem əsaslı tonallar quru dəri tipində yaxşı nəticə verir. Əsasən krem tonallar soyuq mövsümləryetkin qadınlar üçün uyğundur, səbəbi isə dəridə nəm itkisinin bu dövrlərdə daha çox olmasıdır.

 

Bəzi daha ağır krem əsaslı tonallar üzdəki ləkələriqara nöqtələri örtməkdə köməkçi olur. Krem tonallar şüşə qablar, kompakt formalar və tyubiklər formasında istehsal olunur. Cild üzərində isə, adətən, parlaq və canlı bir görüntü buraxır.

 

3) Krem-Pudra Tonallar

 

krem-pudra

 

Krem-pudra tonallar cildə tətbiq olunduqda krem formasından pudra formasına çevrilir. Adını da məhz bu xüsusiyyətindən götürür. Bu çevrilmə dəridə mat bir görüntünün yaranmasına kömək edir.

 

Əksər krem-pudra tonallar yarı-mat görüntüdən mat görüntüyə kimi nəticə verə bilir. Dəri üzərində ağırlıq hissi yaratmır, əksinə yüngül hiss edilir. Adətən bütün dəri tiplərinə uyğun gələ bilir, lakin sonda mat görüntü yaratması səbəbilə yağlı dərilər üçün əvəzedilməzdir.

 

4) Pudra Tonallar

 

pudra-tonallar

 

Əgər yağlı dəriniz varsa, pudra tonallar sizin üçün yaxşı seçim olacaqdır. Səbəbi isə dəri yağlılığını örtə biləcək və cildinizə daha mat görüntü qazandıra biləcək formula malik olmasıdır.

 

Pudra tonalları tək istifadə etmək istəyirsinizsə, pudra istifadə etmədən öncə cildinizə makiyajaltı baza tətbiq edin. Pudra tonallar, digər tonal krem növlərinə nəzərən daha yüngül qapadıcılığa malikdir, bu səbəbdən makiyajaltı baza dərinin cildinizin keyfiyyətini artıracaq və həmçinin makiyajınızın daha uzun müddət üçün qalıcı olmasını təmin edəcək.

 

5) Mineral Tonallar

 

mineral-tonallar

 

Mineral tonallar adətən kompakt formada, preslənmiş və ya toz halında olur. Tərkibində zəngin minerallar olması səbəbilə allergik və həssas dərilər üçün tövsiyə olunan bir məhsuldur. Bütün dəri tiplərində istifadə edilə bilməsi isə mineral tonalların üstünlüyüdür. Yüngül strukturuqapadıcılığı səbəbilə gündəlik makiyajda rahatlıqla istifadə oluna bilər. Bir çox markanın təqdim etdiyi mineral tonalları ilə Trendyol saytında tanış ola bilərsiniz.

 

6) Wipped Tonallar

 

Wipped-tonallar

 

Əgər maye və krem aralığında bir axıcılıq axtarırsınızsa, wipped və ya mousse tonallarını yoxlaya bilərsiniz. Wipped kremləri kimi bu tonallar da dəriyə tətbiq olunduqları zaman yüngüllük hissi buraxır.

 

Sanki çəkisizmiş kimi hiss etdirməsi hamar şəkildə tətbiq etməyə imkan yaradır və mat bir görünüşlə nəticələnir. Bir çox dəri tipi üçün yaxşıdır, lakin qarışıq dəri tipinə malik insanlar üçün möhtəşəm nəticələr yaradır. Sizin tətbiqinizdən asılı olaraq qüsurları orta və ya tam qapata bilər.

 

7) Yaşlanma Əleyhinə Tonal Kremlər

 

yaslanma-eleyhine-tonal-kremler

 

Makiyajınızla birlikdə cildinizin zamanı durdurmasına kömək edən yaşlanma əleyhinə tonal kremlər bu xüsusiyyətləri ilə dəri qulluğuna da xidmət edir. Seçdiyiniz tonal krem xüsusiyyətinə götə dərinin sıxlaşmasını, qırışıqlığın azalmasını təmin edə bilər. Əksər yaşlanma əleyhinə tonal kremlər olduqca axıcı formada olur və çox az miqdarı makiyaj üçün kifayət edə bilir.

 

Tərkiblərindəki aktiv inqridientlər yaşlanma əlamətləri ilə mübarizədə sizə kömək olacaqlar. Seçəcəyiniz tonal kremin tərkibində vitamin E, vitamin C, vitamin A, retinolhialuron turşusu kimi inqridientlərin olmasına diqqət edin.

 

8) Yağ Əsaslı Tonal Kremlər

Yağ əsaslı tonal kremlər yaşlı qadınlarquru dəriyə sahib insanlar üçün mükəmməldir. Digər makiyaj tonallarının edə bilməyəcəyi dərin nəmləndirməni təmin edir.

 

Yağ əsaslı tonal kremləri istifadə edərkən diqqətli olun. Uzun müddət qaldıqdan sonra yağ şüşənin üst hissəsində toplanacaqdır. Tonal istifadə edilməmişdən öncə çalxalanmaz və doğru şəkildə tətbiq olunmazsa, cildin yağlı görünməsinə səbəb olacaqdır. Odur ki, istifadə etmədən öncə yaxşıca çalxalamağı unutmayın.

 

9) Suyadavamlı Tonal Kremlər

 

suya-davamli-tonallar

 

Səyahət edirsinizsə və ya çoxluca tərlədiyiniz isti iqlimlərdə yaşayırsınızsa, bu sizin bütün makiyajınızı silib aparacaqdır. Suyadavamlı tonal kremlər üçün isə bu keçərli deyil.

 

Bütün dəri tiplərinə rahatlıqla tətbiq oluna bilir. Həm maye, həm də krem formasında olur və saysız rəng çeşidləri mövcuddur.

 

Digər tonal kremlər kimi zərif bir görüntü ilə nəticələnməsələr də, saymaqla bitməyən bir çox fayları vardır.

 

10) Stick Tonalları

 

stick-tonallar

 

Qapadıcı xüsusiyyəti yüksək olan bu tonallar dəri qüsurlarını örtmək üçün ideal seçimdir. Mənfi tərəfləri isə odur ki, dəri üzərində taraz bir şəkildə yaymaq digər tonallara nəzərən daha çətindir. Tünd və açıq tonlarını makiyajınızda kontur xətləri ortaya çıxarmaq üçün də istifadə edə bilərsiniz.

 

11) BB Kremlər

 

bb-kremler

 

Bir sıra dəri növləri üçün mükəmməl olan BB kremlər adlarında “ləkələrə qarşı balzam” və ya “gözəllik balzamı” mənasını daşıyır. Kremvari formula malik BB kremlər dərinizi nəmləndirməklə yanaşı, dəri tonunun yaxşılaşdırılmasında və bir sıra başqa dəri qulluğu formalarında faydasını əsirgəmir. Dəriniz yağlılığa meyillidirsə, matlaşdırıcı effektə malik BB kremlər tam sizə görədir.

 

12) CC Kremlər

 

cc-kremler

 

CC kremlər adından da göründüyü kimi (color correction) dəri rəngini tarazlayıcı xüsusiyyətə malikdirlər. Dəriyə təbii rəng verərək yüngül qapatıcılıq təmin edir. Adətən tərkiblərində yaşlanma əleyhinə inqridientlər də olur. CC kremlər hətta dəri tonunu yaxşılaşdıraraq parlaqtəravətli bir görünüş yaratmağa kömək edə bilər.

 

BB, CC, DD kremlər və rəngli nəmləndiricilər əslində tonal kremlər deyil. Yəni tonal kremlər kimi möhtəşəmliklər yaratmaqdan bir azca geri qala bilər. Dəri rənginə daha asan uyğunlaşmaları və nəmləndirmə mövzusunda tonal kremlərdən daha yaxşı olduqları da bir gerçəkdir.

 

Mükəmməl tonal krem axtarışı sadəcə dərinizə uyğun doğru rəngin seçilməsindən ibarət deyil. Dəri tipinizə görə hansı formula malik tonalın dərinizdə daha yaxşı nəticə verdiyini və sizə hansı strukturlu tonal kremin uyğun olduğunu tapmağınız gərəkir. Bu bloqumuzda tonal kremlər haqqında suallarınızı cavablamağa çalışdıq və dəri tipinizə və dərinizin ehtiyaclarına görə tonal krem növlərini sizlərə təqdim etdik. Trendyol , Gratis kimi onlayn alış-veriş saytlarından bu məhsulları rahatlıqla əldə edə bilərsiniz. Həmin məhsulları Dynamic Express vasitəsilə sifariş edə və münasib çatdırılma qiymətlərindən faydalana bilərsiniz.

 

Bəs sizin ən çox istifadə etdiyiniz tonal krem çeşidləri hansılardır?