Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Trendyoldan Azərbaycana sifariş

Trendyoldan Azərbaycana sifariş

09.10.2020

Trendyoldan Azərbaycana sifariş edirsinizsə, bu yazını mütləq oxumalısınız! Trendyoldan sifarişlə bağlı hərşey bu bloqda.

2010-cu ildə Demet Mutlu tərəfindən qurulan Türkiyənin e-ticarət sektorundakı lider saytlarından biridir. Dünyaca məşhur markaların onlayn şəkildə satışını həyata keçirən və daim möhtəşəm kampaniyaları ilə seçilən Trendyol Grupun "Modagram" "Milla by Trendyol" alt markaları mövcuddur.

 

İndi isə müştərilərimizin ən çox soruşduğu suallara keçək:

 

S: Trendyoldan niyə sifariş edim?

C: Trendyol və digər Türkiyənin onlayn alış-veriş saytları cibinizə qənaət etməyə həmçinin keyfiyyətli məhsullarla dəbdəbəli geyinməyinizə şərait yaradacaq. Geniş məhsul çeşidi ilə hər zövqə xitab edən Trendyol.com-da demək olar ki, hər ay geniş çaplı endirim kampaniyaları təşkil edilir. 90%-ə qədər endirim kampaniyaları ilə “su qiymətinə” keyfiyyət qoxan məhsulları sifariş etmək üçün saytımızdan qeydiyyatdan keçməyə tələsin!

 

S: Trendyol sifariş neçə gün müddətində Bakıya gəlir?

C: Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 5 iş günü ərzində Azərbaycana çatdırılır.

 

S: Ödənişi necə edə bilərəm?

C: Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Dynamex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.

 

Trendyoldan Azərbaycana sifariş mümkündür?

 

C: Xeyr, Trendyol daşımanı ancaq Türkiyə daxili həyata keçirir. Azərbaycana isə Dynamex vasitəsilə sifariş edə bilərsiniz. Dynamex-lə sifarişin iki yolu var.

 

1-ci yol: “Mənim üçün sifariş et” xidməti

Bunun üçün dynamex.az saytında qeydiyyatdan keçin və hesabınıza daxil olun. “Sifariş et” düyməsinə klikləyərək açılan pəncərəyə almaq istədiyiniz məhsulun linkini, məhsul haqqında detalları, sayını məhsulu əldə etmək üçün olan son qiyməti qeyd edirsiniz. Məhsulun ölçüsü və rəngi ilə bağlı məlumatlar qeyd bölməsinə əlavə edilməlidir.  Son qiymət məhsulun öz qiyməti ilə xarici ölkə daxili çatdırılma üçün nəzərdə tutulan cəmi ödənişdir.

 

Proses yekunlaşdıqdan sonra məhsul “səbətim” bölməsinə düşəcəkdir. Sifarişin icra olunması üçün sifariş balansınızda vəsait olmalıdır.

Balansda kifayət qədər məbləğ olduqdan sonra “mənim üçün sifariş et” pəncərəsinə dönərək “səbətim” bölməsindəki məhsullar üçün ödəniş edin.

 

Bütün bu mərhələlər tamamlandıqdan sonra sifarişiniz icra olunmaq üçün bizə göndəriləcək. Biz isə qısa zamanda sifarişinizi yerinə yetirəcəyik. Proses tamamlandıqdan sonra şəxsi hesabınızda Türkiyə sifarişlərim bölməsində sifarişin statusuna baxa bilərsiiz. Hər hansı səbəbdən sifariş iptal edildikdə bu sifarişin qarşısında qeyd edilir.

 

2-ci yol: “Bəyan et”

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Dynamex.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi ("Tracking number", "Teslimat no", "Gönderi numarası", "Kargo takip numarası", "Barkod no", MNG kargoda "Fatura No") təqdim edildikdən sonra mümkündür. 

 

Bəyənnamədə bağlamanın izləmə nömrəsi (izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, "Kargo takip numarası", "Barkod no") mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.

 

Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza aşağıdakı video təlimatda cavab tapa bilərsiniz.

 

 

Yuxarıda göstərilən yollarla Trendyol onlayn alış-veriş saytından Dynamex vasitəsilə ucuz və sürətli alış-veriş etmək mümkündür. Elə indicə sifariş edin!


Trendyoldan ən çox sifariş edilən markalara aşağıdaki linklərdən nəzər yetirə bilərsiniz:

LC Waikiki 

Us Polo Assn.

Hotiç

Defacto

Mavi

Koton

Altınyıldız

Derimod