Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Outlet nədir? Türkiyənin onlayn outlet mağazaları

Outlet nədir? Türkiyənin onlayn outlet mağazaları

07.06.2020

Alış-veriş zamanı mağaza vitrinlərində tez-tez qarşımıza çıxan outlet anlayışı nədir və niyə həmin etiketə malik mağazalar daha ucuzdur? Bu suallara cavab axtaracağımız bu bloqda əlavə olaraq Türkiyənin onlayn outlet alış-veriş saytları haqqında məlumat verəcəyik. Elə isə başlayaq!

 

1930-cu ildə Amerikada ortaya çıxan bu termin keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı.

 

Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.

 

Outlet mağazalar həm də nəhəng brendlər üçün satılmayan məhsullarını satmaq adına gözəl fürsətdir. Qarşılıqlı qazancın olduğu bu vəziyyət kimə xoş olmaz ki?

 

Outlet dedikdə fabrik outleti və outlet mağaza anlayışlarını qarışdırmamaqda fayda var. Fabrik outleti ancaq bir brendə məxsus ola bilir. Outlet mağazalarda isə bir çox brendlərin outlet məhsullarına rast gələ bilərsiniz.

İnternetin həyatımıza daxil olması ilə bərabər onlayn platformaya köçənlər sırasına outlet mağazaları da daxil etmək olar. İnternet sayəsində outlet mallara getməyə ehtiyac olmadan rahatlıqla alış-verişinizi edə bilərsiniz.

 

Aşağıdakı siyahıda Türkiyənin ən məşhur onlayn outlet mağazalarını və qısa məlumatlarını görə bilərsiniz. Təkcə outlet yox, eyni zamanda Türkiyənin digər onlayn alış-veriş saytlarının siyahısı isə bu bloqda  əksini tapmışdır. İndi isə öz siyahımıza qayıdaq;

 

Türkiyənin onlayn outlet saytları:


outlet-azpara


Tərkibində Gucci, Fendi, Balenciaga, Louis Vuitton, Prada, Versace  kimi lüks brendləri cəmləşdirən Azpara, həmin markalara %65-ə qədər endirimlər təklif edir. Bu onlayn mağaza lüks brendləri sevənlər üçün qaçırılmaz fürsətlərdən biridir. Xüsusilə orijinal RayBan eynəklərinə endirim axtarırsınızsa, Azparaya göz gəzdirməkdə fayda var.

 

 

 

maxioutlet-turkiyeden-outlet


Tərkibində 150-ə yaxın markanı birləşdirən Maxioutlet bir çox fərqli kateqoriyada olan məhsulları ilə fərqlənir. Digər onlayn outlet saytlarında tapa bilməyəcəyiniz Asics, Lotto, Kappa, Jack Wolfskin və s. brendlərin məhsullarını buradan əldə edə bilərsiniz.

 

 

 

Occasion onlayn outlet mağazasında siz əsasən Nike, Adidas, New Balance, Skechers, Puma, Vans kimi idman geyimi markalarının outlet məhsullarını əldə edə bilərsiniz. Hal-hazırda davam edən may ayı endirim festivalı çərçivəsində isə qeyd olunan markalara böyük endirimlər mövcuddur. Almağa tələsin!

Bu endirimi qaçırmamaq üçün dərhal sifariş edin , biz çatdıraq.

 

 

 

markastok-turkiyeden-outlet


Mavi, US Polo Assn, Avva, Altınyıldız, Hummel kimi türk markalarının da outlet məhsullarını tapa biləcəyiniz bu saytda 180-dən artıq brend mövcuddur. Markastok marka sayı və məhsul çeşidi ilə fərqlənən onlayn outlet mağazalarından biridir.

 

 

 

turkiyeden-outlet-boyner


Türkiyənin ən köklü alış-veriş saytlarından olan Boynerdə təkcə outlet yox, yeni sezon məhsulları da çoxluq təşkil edir. Outlet kateqoriyası altında 30.000-ə yaxın məhsul çeşidi ilə müştərilərin sevimli alış-veriş ünvanıdır. Boynerin outlet məhsullarına buradan baxa bilərsiniz.

 

 

 

turkiyeden-outlet-markashoponline


Markashoponline alış-veriş saytında outletə əlavə olaraq kampaniyalar bölməsi də mövcuddur. 19TL və 39TL-ə fərqli markaların t-shirlərini sifariş edə biləcəyiniz bu kampaniya üçün tələsməyə dəyər.

 

 
 

 

outletimturkiye-outlet


Azpara Outleti ilə eyni seqmentə xitab edən Outletim saytı lüks məhsulların məkanıdır. Prada, Trussari, Emporio Armani kimi markaların böyük endirimli outlet məhsullarını buradan tapa bilərsiniz. Gözünüz axtarışda olsun!


Ümid edirik outlet fəlsəfəsini sizə ötürə bildik və onlayn outlet mağazalar siyahımız sizə faydalı oldu. Bu bloqu ən yaxşı markalardan ucuz alış-veriş etmək istəyən dostlarınızla paylaşaraq onları sevindirə bilərsiniz.

 

Bəs siz siyahıdaki hansı onlayn outlet mağazasından alış-veriş etməyi düşünürsüz?

 
test