Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Black Friday nədir?

Black Friday nədir?

24.11.2020

Son illərdə bütün dünyada alışveriş həvəskarlarının səbrsizliklə gözlədiyi bir gün var ki, bu da  “Black Friday”-dir. İlk zamanlar sadəcə Amerikada aktual olan bu endirim kampaniyası hazırda isə  dünyanın dört bir yanında istehlakçıların maraq dairəsindədir. Bəs “Black Friday” nə zaman gerçəkləşir? Ümumiyyətlə “Black Friday” nədir? Bu kimi suallar sizə də maraqlıdırsa bloqumuzu sona qədər oxumağınızı tövsiyyə edirik.

 

Black Friday nədir?

 

“Black Friday”  hər il Şükran Bayramından sonraki ilk cümə günü həyata keçirilən endirim kampanyasıdır. Dünyadakı pərakəndəçiləri və istehlakçıları bir araya gətirən bu gündə mağazalar inanılmaz dərəcədə endirimlər həyata keçirirlər və il ərzindəki ən yüksək satış rəqəmlərinə bu gündə nail olurlar. 

“Black Friday” yəni  “Qara Cümə” endirimlərinin isə çox maraqlı tarixçəsi var. İlk zamanlar bu gün satıcılar sadəcə mağazaları erkən saatlarda açıb, geç saatlarda bağlayırdılar. Daha sonra bu fəaliyyətlərə endirim kampaniyaları da əlavə edilməyə başlandı və istehlakçıların marağı bu kampaniyaya qarşı daha da artdı. Beləliklə bu kampaniya günləri yollarda uzun uzadı tıxaclar və insan çoxluğu yaranmış oldu. Növbəti illərdə isə bu kampaniya zamanı mağazalarda izdihamlar yaşanmağa başlandı və çoxlu sayda yaralananlar hətta dünyasını dəyişənlər də oldu. Bu səbəbdən bu tarix “Black Friday” (qara cümə) olaraq adlandırılmışdır. ilk zamanlar sadəcə Amerikada geniş tətbiq edilən bu endirim kampanyaları vaxt keçdikcə bütün dünyada məşhurluq qazanmışdır. Hazırda Türkiyənin böyük onlayn mağazaları “Black Friday” ərəfəsində 7-10 günlük endirim kampaniyaları həyata keçirirlər. 

 

Black Friday Statistikaları

 

“Black Friday” endirimlərinə maraq hər il daha da artmaqdadır. Onlayn mağazalarının satış statistikalarına baxdıqda bu hal aydın görünməkdədir. 2019 ilində “Black Friday” endirimləri zamanı 93 milyondan çox istehlakçı onlayn mağazalardan alış-veriş etmişdir. Bu zaman alış-veriş həcmi 7.4 milyard dolları keçmişdir ki, bu da indiyə qədərki ən yüksək məbləğ olmuşdur. Başqa bir maraqlı statistika isə bu endirimlər zamanı istehlakçıların ortalama 37% qənaət etmiş olmalarıdır. “Black Friday” endirimləri zamanı ən çox alış-veriş edən şəxslər  isə 22-34 yaş aralığındaki şəxslərdir. Həmçinin bu endirimlər zamanı kişilərin qadınlara nəzərən 45% daha çox alış-veriş etdikləri müşahidə olunmuşdur.

 

Black Friday üçün alışveriş saytları

 

“Black Friday” endirimi zamanı Türkiyənin demək olar bütün onlayn mağazaları yüksək endirim faizlərinə sahib kampaniyalar həyata keçirirlər. “Black Friday” adının insanlar üstündə yaratdığı mənfi emosiyalardan dolayı böyük onlayn mağazalar endirim kampanyalarını “möhtəşəm cümə”, “super cümə”, “gözlənilən cümə” olaraq fərqli adlarla adlandırmışdırlar. Bu zaman yüzlərlə mağaza 70 - 80%-ə qədər endirimlər tətbiq edirlər. Trendyol.com, Hepsiburada.com, N11.com kimi böyük onlayn satış mağazaları bu tarixdə möhtəşəm endirimlərlə müştərilərini sevindirirlər.